Son xəbərlər
Son xəbərlər

ABŞ-də iki bioloq girov götürüldü

ABŞ-də iki bioloq girov götürüldüABŞ-nin Kaliforniya ştatında yerləşən meşə massivlərinin birində iki şəxs ABŞ Meşə Xidmətinin işçilərini girov götürüb.

Oxu.Az-ın "The Guardian" nəşrinə istinadən yaydığı xəbərə əsasən, hadisə barədə FTB-nin (Federal Təhqiqatlar Bürosu) direktoru Keş Patel məlumat verərək, zərərçəkən şəxslərin iki bioloq olduğunu bildirib.

FTB rəhbəri qeyd edib ki, girovların xilas olunması məqsədilə həyata keçirilən əməliyyat təqribən 10 saat davam edən danışıqlardan sonra müsbət nəticələnib. Mütəxəssislər azad edilsələr də, onların səhhəti barədə açıqlama verilməyib.

Hadisəni törədən şəxslərin hansı motivlərlə hərəkət etdiyi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları insidentin bütün detallarını aydınlaşdırmaq üçün araşdırmaları davam etdirirlər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 215   Tarix: 18 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife