Son xəbərlər
Son xəbərlər

Ceki Çan bu tarixdə Azərbaycana gəlir

Ceki Çan bu tarixdə Azərbaycana gəlirDünya şöhrətli məşhur aktyor Ceki Çan avqustun əvvəlində Azərbaycana gələcək.

Sonxeber.az olke.az-a istinadla xəbər verir ki, o, təxminən 10 gün Bakıda qalacaq.

Səfərdə məqsəd filmə çəkilməkdir. Belə ki, "Armour of God 4: The Ultimatum" ("Tanrının Zirehi 4") adlı beynəlxalq film layihəsinin çəkilişlərinin bir hissəsi Azərbaycan paytaxtında aparılacaq.

Bakıda çəkilişlər İçərişəhərdə, Dağüstü Parkda, Bakı Funikulorunda, Yaşıl Teatrda, Fəvvarələr Meydanında və paytaxtın bəzi mərkəzi küçələrində həyata keçiriləcək.

Qeyd edək ki, "Armour of God 4: The Ultimatum" layihəsi məşhur "Armour of God" franşizasının davamıdır.

Filmin istehsalında Çin və Qazaxıstan iştirak edir. Ekran əsərində baş rolu Ceki Çan oynayır.

Yaradıcı heyət hazırda Qazaxıstandadır və burada çəkiliş aparırlar.

Ekran əsərinin premyerası 2027-ci ilin ikinci rübündə planlaşdırılıb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 315   Tarix: 18 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife