Son xəbərlər
Son xəbərlər

Vyetnamda daşqın və torpaq sürüşməsi: Ölənlər və itkin düşənlər var

Vyetnamda daşqın və torpaq sürüşməsi: Ölənlər və itkin düşənlər varVyetnamın Laytyau əyalətində aramsız yağan yağışlar qəfil daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Nəticədə dörd nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb, daha dörd nəfər isə itkin düşmüş hesab olunur.

Oxu.Az xəbər verir ki, bu barədə Vyetnam mətbuatında yerli qurumlara istinadən məlumat yayılıb.

Məlumata əsasən, fəlakət bölgəsində 13 yaşayış evi tamamilə dağılıb. Əlavə olaraq, 100-ə yaxın evin sürüşmə təhlükəsi altında olduğu bildirilir. Şiddətli yağıntılar təkcə evlərə deyil, həm də əkin sahələrinə, nəqliyyat infrastrukturuna və enerji obyektlərinə ciddi ziyan vurub. Xəbərdə qeyd olunur ki, təbii fəlakətin yaratdığı ümumi iqtisadi zərər təxminən 4.75 milyon dollar dəyərində qiymətləndirilir.

Yerli hakimiyyət orqanları itkin düşənlərin axtarışını həyata keçirmək və bərpa prosesinə dəstək vermək məqsədilə əraziyə xilasetmə dəstələri cəlb ediblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 190   Tarix: 18 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife