Son xəbərlər
Son xəbərlər

Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 119 şübhəli saxlanılıb

Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 119 şübhəli saxlanılıbTürkiyənin 30 vilayətdə FETÖ əməliyyatları çərçivəsində 119 şübhəli saxlanılıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər sosial media hesabları vasitəsilə təşkilatın təbliğatını aparıb, eyni zamanda üzv olublar.

Həmçinin FETÖ ilə əlaqəli şəxslər və qondarma yardım təşkilatları vasitəsilə təşkilata maliyyə dəstəyi göstəriblər.

Həmin şəxslər barəsində prokurorluq orqanları tərəfindən cinayət işi üzrə istintaq başladılıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 142   Tarix: 18 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife