Son xəbərlər
Son xəbərlər

Stavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənib

Stavropoldakı istirahət mərkəzində 80 nəfər zəhərlənibRusiyanın Stavropol diyarında, Novoselitskoye kəndi yaxınlığındakı "Volçyi Vorota" su anbarında yerləşən istirahət mərkəzində 80 nəfər bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" regionun hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"80 nəfər tibbi yardıma müraciət edib, onlardan 40-ı Novoselitskoye xəstəxanasına", - bildirilib.

Onun sözlərinə görə, Novoselitskoye dairəsində doqquz nəfər xəstəxanaya yerləşdirilib, onların arasında iki uşaq var.

"Hazırda dairədə xəstəxanada 5 nəfər qalır, onların arasında uşaq yoxdur", - hüquq-mühafizə orqanlarından əlavə ediblər.

Otel kompleksi sosial şəbəkələrdə bildirib ki, kəskin bağırsaq pozuntusu simptomları ilə müraciət hallarının qeydə alınması ilə əlaqədar müştərilərin qəbulunu dayandırıb.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün sanitar-epidemioloji araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 137   Tarix: 18 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife