Son xəbərlər
Son xəbərlər

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTOUEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "ÇSKA Sofiya" (Bolqarıstan) qarşılaşmasının biletləri satışa çıxarılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTOTofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VIP sektorlar üzrə biletlər 50, 75 və 100, VVIP sektorlar üçün isə 150 manata satışa çıxarılacaq.

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər "iTicket"ın satış məntəqələrinə, "Park Bulvar"dakı "Qarabağ" futbol klubunun fan-şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "ÇSKA Sofiya" görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 436   Tarix: 18 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife