Gecə saatlarında Goranboy rayonunda sursat anbarında yanğından sonra Nizami və Xoylu kəndlərinin sakinləri təxliyə olunublar.
Sonxeber.az xəbər verir ki, bu barədə "Report"a Goranboy Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, ümumilikdə təxliyə olunanların sayı 5 min nəfər təşkil edir.
Bildirilib ki, Nizami kəndinin girişində post quraşdırılıb.
08:10
Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.
Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir.
Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb.
Hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə ediliblər.
Xəsarət alan olmayıb.
02:48
Sentyabrın 2-də Goranboy rayonu, Nizami kəndi yaxınlığında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, gecə saatlarında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Bildirilib ki, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
01:52
Goranboy rayonunda partlayış baş verib.
Oxu.Az-ın məlumatına görə, partlayışdan sonra güclü yanğın başlayıb.
Yanğınla əlaqədar hadisə yerinə yanğınsöndürənlərin cəlb edildiyi bildirilir.
Hadisənin səbəbləri, xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.
Telegramda izləyin