Son xəbərlər
Son xəbərlər

Bakıda 4-cü beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb

Bakıda 4-cü beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıbAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb.

BiG.AZ xəbər verir ki, cari ilin 2-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilən 4-cü beynəlxalq minatəmizləmə konfransının mövzusu "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi"-dir.

Konfrans, Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz və dayanıqlı bərpa prosesində rolu, innovativ yanaşma və qabaqcıl təcrübə mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.

Bakının ev sahibliyi etdiyi 4-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir.

İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT Agentliklərinin nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Hikmət Hacıyev mina probleminin bərpa prosesinə təsiri və bu prosesdə humanitar minatəmizləmənin mühüm rolu məsələlərinin müzakirəsi məqsədilə bir araya gələn konfrans iştirakçılarına öztəşəkkürünü bildirib, konfransın işinə uğurlar arzulayıb.
Bakıda 4-cü beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıbBakıda 4-cü beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıbBakıda 4-cü beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 100   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife