Son xəbərlər
Son xəbərlər

Bakıya gələn sərnişinin ayaqqabısından patronlar tapıldı - Foto

Bakıya gələn sərnişinin ayaqqabısından patronlar tapıldı - FotoMoskva-Bakı aviareysi ilə gələn Rusiya vətəndaşının əl yükündə odlu silaha aid patronlar aşkar edilib.

Sonxeber.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, sözügedən şəxsin əl yüklərinə stasionar rentgen qurğusunda keçirilən baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub. Daha sonra aparılan yoxlama nəticəsində əl yükündəki ayaqqabının içərisində gizlədilən 11 ədəd patron aşkar edilib.

Ekspertiza tədqiqatı nəticəsində patronların zavod üsulu ilə istehsal edilən 9x18 mm kalibrli, atəşə yararlı döyüş sursatları olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Bakıya gələn sərnişinin ayaqqabısından patronlar tapıldı - Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 195   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife