Son xəbərlər
Son xəbərlər

Bakıda "cin çıxaran" qadın saxlanıldı - Cinayət işi açıldı

Bakıda "cin çıxaran" qadın saxlanıldı - Cinayət işi açıldıPaytaxt sakini polisə müraciət edərək sosial şəbəkələrin birində dələduzluqla üzləşdiyini bildirib.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanı görərək ona müraciət edib.

Elan sahibi zərərçəkəni övladındakı "cini çıxaracağı" vədi ilə aldadaraq 3500 manat maddi vəsaitini ələ keçirib.

Zərərçəkənin şikayəti əsasında Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı L.İsmayılova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 169   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife