Adolf (Antuan Jozef) Saks (6 noyabr 1814[2][3][…] – 7 fevral 1894[4], IX arondisman) — belçikalı musiqi alətləri ixtiraçısı. Ən məşhur ixtiraları saksofon və sakshorn alətləridir. O, 1840-cıı illərin əvvəllərində saksofonu ixtira etmiş və 1846-cı ildə patentləşdirmişdi.[5][6]
Adolf Saks | |
---|---|
Antoine-Joseph (Adolphe) Sax | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Dinan, Belçika |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Dəfn yeri | |
Fəaliyyəti | musiqi aləti hazırlayan[d], ixtiraçı, musiqiçi, musiqi pedaqoqu, universitet müəllimi[d] |
Mükafatları |
![]() ![]() |
![]() |
Adolf Saks 6 noyabr 1814-cü ildə Belçikanın Dinan şəhərində Çarlz Jozef Saks və həyat yoldaşı Mari Jozefin ailəsində anadan olub.[7] Onun rəsmi adı Antuan Jozef olsa da, uşaqlıqdan ona Adolf deyirdilər.[8][9] Onun atası və anası musiqi alətləri dizayneri idilər və valtorn dizaynında bir neçə dəyişiklik etmişdilər. Adolf gənc yaşlarından öz musiqi alətlərini düzəltməyə başladı və 15 yaşında iki fleyta və bir klarnetini müsabiqəyə təqdim etdi. Daha sonra o, bu iki musiqi alətində və vokal üzrə Brüssel Kral Konservatoriyasında təhsil aldı.[8][9]
Saks bir neçə dəfə ölüm təhlükəsi ilə üzləşib. Uşaqlıqda o, bir neçə dəfə üç mərtəbə hündürlükdən yıxılıb, başını daşa vurub və ölü hesab edilib. Üç yaşında uşaq ikən bir qab zərərli məhlulu süd zənn edərək içib və sonra sancaq udub.[10] O bir dəfə barıt nəticəsində ağır yanıq xəsarətləri alıb və həmçinin bir dəfə də qızmar dəmir tavaya düşərək yanıb. Bir neçə dəfə o, cilalanmış mebellərin quruduğu otaqda yatdığı üçün təsadüfi zəhərlənmədən və boğulmadan sağ qalıb. Başqa bir vaxt isə gənc Saksın başına daş dəyib çaya düşüb və az qala öləcəkdi. Onun anası bir dəfə deyib ki "O, bədbəxtliyə məhkum olunmuş uşaqdır, yaşaya bilməyəcək". Qonşuları isə onu "balaca Saks, ruh" deyə çağırıblar.[11]
Brüssel Kral Konservatoriyasını bitirdikdən sonra Saks yeni musiqi alətləri dizaynları ilə təcrübələr aparmağa başladı. valideynləri isə ənənəvi musiqi alətləri istehsalına davam etdilər. Saksın ilk vacib ixtirası bas klarnet dizaynının təkmilləşdirilməsi oldu və o, bunu 24 yaşında patentləşdirdi.[12] O, 1842-ci ildə daimi olaraq Parisə köçdü. Baxmayaraq ki, bu aləti o ixtira etməmişdi, amma onun nümunələri rəqiblərinkindən daha uğurlu oldu və bu alətlər sakshorn adı ilə məhşurlaşdı. Hektor Berlioz bu alətlərə o qədər heyran olmuşdu ki, 1844-cü ilin fevralında öz əsərlərindən birinin tamamilə sakshornda ifa olunmasını təşkil etdi.[13] Bu alətlər yeddi fərqli ölçüdə hazırlanırdı və flugelfon alətinin yaranmasına zəmin yaratdı. Bu gün sakshornlar bəzən konsert ansambllarında, yürüş orkestrlərində və simfonik orkestrdə istifadə olunur. Sakshorn eyni zamanda müasir eufonium alətinin yaranması üçün zəmin yaratdı.[14]
Saks 1845-ci ildə saksotromba ailəsini hazırladı, lakin bu alətlər qısa müddət mövcud oldu. Sakshornların istifadəsi sürətlə yayıldı. Sakshorn klapanları öz dövrünün ən müasir texnologiyası kimi qəbul edildi və bu günə qədər demək olar ki, dəyişməz qalıb. Adolf Saksın etdiyi yenilikləri tezliklər Britaniya Nəfəsli Alətlər Orkestri qəbul etdi və bu orkestr tamamilə sakshorn alət ailəsini istifadə etməyə başladı.[15]
1840-cı illər ərəfəsində Saks müasir kontrabas klarnetin erkən və uğursuz modelini ixtira etdi. 28 iyun 1846-cı ildə o, orkestr və hərbi orkestr üçün nəzərdə tutulmuş saksofonu patentləşdirdi.[16] Bəstəkar Hektor Berlioz 1842-ci ildə bu yeni alət haqqında müsbət fikirlər yazdı. lakin onun dəstəyinə baxmayaraq, saksofonlar orkestrin standart tərkib hissəsinə çevrilmədi.[17]
Krım Müharibəsi (1853-1856) zamanı Saksın daha iki ixtirası oldu, lakin onlardan heç biri gerçəkdə hazırlanmadı.[18]
Adolf Saks Belçikada avro tətbiq olunana qədər dövriyyədə olan belçika frankının 200 nominallı əskinazında təsvir olunmuşdu. Əskinazın əks tərəfində saksofonçularının, Dinanın (Saksın doğulduğu şəhərin) baş kilsəsi və qalasının siluetləri təsvir olunmuşdu.