. Gece.ws

Altsek Xan - Wikipedia - Gece.ws

Ana Səhifə - Altsek Xan

Altsek xan — Bulqar şahzadəsi, Kubrat xanın ən kiçik oğlu. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino,Boyano,İserniya şəhərləri onun sərəncanıma verildi.[1]

Altsek xan
Altsikurs
Qastald
Vəzifədədir
VII əsr
Şəxsi məlumatlar
Doğum tarixi bilinmir
Doğum yeri
  • Böyük Bolqar xanlığı
Vəfat tarixi bilinmir
Fəaliyyəti qəbilə lideri[d], hərbi lider[d]
Atası Kubrat xan
Dini Tenqrizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmçinin bax

redaktə
  • İtaliya bulqarları

İstinadlar

redaktə
  1. ↑ D'Amico, Vincenzo. I Bulgari trasmigrati in Italia nei secoli VI e VII dell’era volgare e loro speciale diffusione nel Sannio. Campobasso, 1933..
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Altsek_xan&oldid=6905341"
GECE.WS