. Gece.ws

I Oskar - Wikipedia - Gece.ws

Ana Səhifə - I Oskar

I Oskar yaxud tam adı ilə Jozef Fransua Oskar Bernadot (4 iyul 1799[1][2][…], Paris[1] – 8 iyul 1859[1][3][…], Stokholm kral sarayı[d], Stokholm leni[d][1][3]) — 4 iyul 1799–cu ildə doğulmuş, 8 iyul 1859-cu ildə vəfat etmiş və 1844-cü ildən ölənəcən İsveç-Norveç kralı olmuşdur.

I Oskar
Josef Frans Oscar
I Oskar şahzadəlik vaxtı
I Oskar şahzadəlik vaxtı
İsveç-Norveç kralı
1844 – 1859
ƏvvəlkiXIV Karl İohann
SonrakıXV Karl
Södermanland hersoqu
26 sentyabr 1810 – 28 sentyabr 1844
ƏvvəlkiXIII Karl
SonrakıKarl Oskar Bernadot
Qalliera hersoqu
1823 – 1837
ƏvvəlkiYozefina Leuxtenberq
SonrakıRaffaele de Ferrari
Şəxsi məlumatlar
Doğum tarixi 4 iyul 1799
Doğum yeri Paris
Vəfat tarixi 8 iyun 1859 (59 yaşında)
Vəfat yeri Stokholm
Dəfn yeri Riddarholm kilsəsi
Təhsili
  • Uppsala Universiteti,
  • Böyük Lüdovik Liseyi[d]
Fəaliyyəti monarx, bəstəkar
Atası XIV Karl İohann
Anası Dezire Klari
Həyat yoldaşı Yozefina Leuxtenberq
Uşaqları XV Karl
Qustav Oskar Bernadot
II Oskar
Yevgeniya Avqusta
Nikolaus Avqust Bernadot
Ailəsi Bernadotlar sülaləsi
Dini Katolik sonra Lüteranizm
Rütbəsi Admiral
Təltifləri Qara Qartal ordeni (Prussiya) "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya imperiyası) Knight of the Order of St. Alexander Nevsky (Rusiya imperiyası) 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) Order of Saint Stephen of Hungary (Avstriya imperiyası) Knight of the Order of the Golden Fleece — 1844 Müqəddəs Olaf ordeni (Norveç) Grand Cordon of the Order of Leopold (Belçika) — 1849 "Serafimlər" ordeni (İsveç) Royal Order of the Sword (İsveç) "Qütb ulduzu" ordeni (İsveç) — 2817 Vasa ordeni (İsveç) Order of Charles XIII (İsveç) "Fil" ordeni (Danimarka) Knight Grand Cross of the Military Order of William (Niderland) — 1849 Order of Fidelity (Baden knyazlığı) Order of the Zähringer Lion (Baden knyazlığı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Adı
  • 2 Gəncliyi
  • 3 Vəliəhd kimi
  • 4 Hakimiyyəti
  • 5 Son illəri
  • 6 Ailəsi
    • 6.1 Övladları:
    • 6.2 Qeyri qanuni övladları:
      • 6.2.1 Emili Höqkvist ilə:
      • 6.2.2 Jaket Lövenhyelm ilə:
  • 7 Gerbləri
  • 8 İstinadlar

Adı

redaktə

Oskarın adının Skandinaviyada ilk olması, onun xaç atası Napoleon Bonapart'ın şotland şairi Ceyms Makfersonu çox bəyənməsi və əsərlərindəki irland adı olan Oskar'ı çox işlətməsindən qaynaqlanır. O özü isə Skandinaviyada yox, Parisdə doğulmuşdu. Onun anası Dezire Klari Napoleon Bonapartın bir zamanlar nişanlısı olmuşdu. Jozef adı Napoleonun qardaşı Jozef Bonapartdan götürülmüşdür.

 
Şahzadə Oskar uşaqlıqda

Gəncliyi

redaktə

Təhsilinə 1807-ci ildə başlamışdır. Onlar atasının İsveç kralı olmasından sonra İsveçə köçmüşdülər. O, 1812-ci ildə İsveç və Norveç dilini sürətlə öyrənməyə başladı və tezliklə atası üçün tərcüməçi kimi işləməyə başladı. Bundan əlavə alman dili, kimya və din barədə də məlumatlandırılması üçün fərqli müəllimlər tutulmuşdu. 1815-ci ildə musiqi təhsilinə başladı. XIII Karlın dəfn mərasimində bəstələdiyi elegiyanı ifa etmişdi. Bu hadisədən sonra Bethoven ona müəllimlik təklif etmişdir.[4] 26 sentyabr 1810-cu ildə Södermanland hersoqu oldu.[5]

Vəliəhd kimi

redaktə

1812-ci ildə leytenant kimi hərbi xidmətə başlayan Oskar, 1817-ci ildə general mayor oldu. Atasının kral olduğu dövrlərdə Skone general-qubernatoru idi. 17 yanvar 1816-cı ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü idi. 1 fevral 1824-cü ildə Norveç canişinliyinə təyin olunmuşdu. 1830-cu ildə I Nikolayı ziyarət etmək üçün Sankt Peterburqa getmişdi.[5] 1837-ci ilin yayını əsasən Almaniyada keçirmişdi.

Hakimiyyəti

redaktə

Atasının ölümündən sonra Oskar, 8 mart 1844-cü ildə taxta çıxdı. Rəsmi tacqoyma mərasimi 28 sentyabr 1844-cü ildə baş verdi. O hakimiyyətə gələn kimi reformlar edərək mətbuat azadlığını qorudu. Bütün nazirlik postlarına şəxsləri özü təyin etmişdi. Dostu yox idi. 1845-ci ildə vərəsəlik hüququ barədə qanun qəbul edərək bacı və qardaşların əgər vəsiyyət yoxsa atalarının mirasını bərabər bölüşmək hüququnun olduğunu elan etdi. Onun dövründə bayraq və gerb dəyişərək İsveç-Norveç vahid bayrağı qəbul olundu. O həmçinin Müqəddəs Olaf cəngavər ordenini yaratdı. Xarici siyasətdə əsasən Skandinavist baxışı ilə seçilən Oskar Danimarkanın maraqlarını digər ölkələrə nisbətən daha çox müdafiə edirdi. 1848-ci ildə Birinci Şlezviq Müharibəsində Almanlara qarşı Danimarkanı müdafiə etmişdi. 1850-ci illərdə oğlu Karlı Norveç canişinliyinə təyin etmişdi.

Son illəri

redaktə

Əsasən xəstəlikli həyat keçirən Oskar tifusa yoluxmuşdu. 1853-cü ildə sağaldığı düşünülsə də 1857-ci ildə beyin xərçənginə tutuldu. 1859-cu ildə vəfat etdi.

 
Şahzadə Qustav və kral Oskar, 1852, Almaniya

Ailəsi

redaktə

19 iyun 1823-cü ildə Stokholmda Yozefina Leuxtenberq ilə evlənmişdir.

Övladları:

redaktə
  • Karl
  • Qustav
  • Oskar
  • Yevgeniya Avqusta
  • Avqust

Qeyri qanuni övladları:

redaktə

Emili Höqkvist ilə:

redaktə
  • Hyalmar Höqkvist (1839–74)
  • Maks Höqkvist (1840–72)

Jaket Lövenhyelm ilə:

redaktə
  • Oskara Hilder (1817-1880)

Gerbləri

redaktə
 

Vəliəhd, Södermanland hersoqu, 1818-1826

 

Vəliəhd, Södermanland hersoqu, 1826-1844

 

Krallıq gerbi

 

Krallıq

monoqramı

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Oscar I (швед.). 1917.
  2. ↑ Oscar I // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 Hovförsamlingens kyrkoarkiv, Död- och begravningsböcker, SE/SSA/0007/F I/2 (1854-1860), bildid: 00033279_00024.
  4. ↑ Vogel-Rödin, Gösta, red (1991). Bernadotter i politik och kulturliv. Lidköping: Läckö institutet. Sid. 116. Libris 7794977. ISBN 91-971685-0-5    
  5. ↑ 1 2 "Oskar i Nordisk familjebok (andra upplagan, 1914)". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-13.
SƏLƏF
XIV Karl İohann
  Bernadotlar sülaləsi
Canişinlik
11 Aprel 1824-1 Noyabr 1824
17 İyun 1833-3 Sentyabr 1833
Hakimiyyət
1844-1859
  XƏLƏF
XV Karl
SƏLƏF
XIV Karl İohann
  Bernadotlar sülaləsi
1844-1859
  XƏLƏF
XV Karl
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=I_Oskar&oldid=7381434"
GECE.WS