Kiyev kotleti (rus. Котлета по-киевски) — yağda qızardılmış toyuq filesindən, əsasən dairəvi şəkildə hazırlanan kotlet növü.
Kiyev kotleti | |
---|---|
![]() | |
Aid olduğu milli mətbəxlər | |
Rusiya mətbəxi, Ukrayna mətbəxi | |
Tarixi | 1910 |
Adlandırılıb | Kiyev |
Tərkibi | |
Əsas |
|
Təfərrüatları | |
Tipi | Kotlet |
Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducuda dondururuq.
Toyuğun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır. Toyuğun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar.
Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7–8 dəqiqə ərzində frityurda bişirilir.
Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.