. Gece.ws

Leonid Zorin - Wikipedia - Gece.ws

Ana Səhifə - Leonid Zorin

Leonid Henrixoviç Zorin (əsl soyadı Zaltsman; 3 noyabr 1924[1][2], Bakı[1] – 31 mart 2020[3][4], Moskva[5]) — Rusiya dramaturqu.

Leonid Zorin
rus. Леонид Генрихович Зорин
Doğum adı Леонид Генрихович Зальцман
Doğum tarixi 3 noyabr 1924(1924-11-03)[1][2]
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ[1]
Vəfat tarixi 31 mart 2020(2020-03-31)[3][4] (95 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya[5]
Dəfn yeri
  • Troyekurov qəbiristanlığı
Təhsili
  • Maksim Qorki adına Ədəbiyyat İnstitutu,
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti yazıçı, dramaturq, ssenarist, tərcüməçi, şair
Fəaliyyət illəri 1949–2020
Əsərlərinin dili rus dili
Mükafatları "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Təltif və mükafatları
  • 4 İstinadlar

Həyatı

redaktə

Leonid Zorin 3 noyabr 1924-cü ildə Bakıda anadan olub, 1948-ci ildən Moskvada yaşayıb.

BDU-nu, daha sonra isə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

L. Zorin 31 mart 2020-ci ildə 96 yaşında ürək tutmasından vəfat edib.[6]

Yaradıcılığı

redaktə

O, "Dostlar və illər" (1962), "Varşava melodiyası" (1967), "Pokrov darvazaları" (1974) və s. dram əsərləri də daxil olmaqla 50-yə yaxın pyesin müəllifidir.

Dramaturqun əsərləri keçmiş SSRİ-nin bir neçə respublikasında və xaricdə dəfələrlə səhnələşdirilib.

L. Zorin bir neçə filmin ssenarisinin hazırlanmasında da iştirak edib.

Təltif və mükafatları

redaktə

Orden və medallarla təltif olunub.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Зорин Леонид Генрихович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. ↑ 1 2 ЗОРИН Леонид Генрихович // Русская литература XX века. Прозаики, поэты, драматурги (rus.). / под ред. Н. Н. Скатов 2005. С. 51–54. ISBN 5-94848-262-6
  3. ↑ 1 2 https://rg.ru/2020/03/31/umer-avtor-pokrovskih-vorot-leonid-zorin.html.
  4. ↑ 1 2 Умер автор пьесы "Покровские ворота" Леонид Зорин.
  5. ↑ 1 2 İTAR-TASS (rus.). 1904.
  6. ↑ "Azərbaycanda anadan olmuş tanınmış dramaturq Leonid Zorin vəfat edib". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-31.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Leonid_Zorin&oldid=8000297"
GECE.WS