Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Teremin - təmassız çalınan musiqi alətidir[1].
Tereminin üzərində yerləşdirilmiş iki metal antenadan ibarətdir. Bu antenalar ətraflarında elektro-maqnit sahəsi yaradır və ifaçının əl hərəkətlərinə uyğun səsə dalğaları yaradır[2]. Yaranan səs dalğaları səsucaldıcılar vasitəsi ilə gücləndirilir və auditoriyaya çatdırılır. Əllərin uzaqlıq və pozisiyasına görə teremində çıxan səslər də dəyişir.
Teremin adını ixtiraçısı rus alimi Leon Teremindən götürür.